Ukraynada terror törədən şəxs erməni Voskanyan imişbackend

Ukraynada terror törədən şəxs erməni Voskanyan imiş

Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Bildirilib ki, onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.

Qeyd edək ki, partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*