Ukraynada vətəndaşlar “ağ bilet” alaraq hərbi xidmətdən yayınıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhqiqatlar Bürosunun (DSB) Telegram kanalında məlumat verilib.
Bildirilib ki, Kirovoqrad vilayətində yerləşən Kropivnitski şəhərində hərbi həkim komissiyasının sədri vəzifəsindən sui-istifadədə və rüşvətdə ittiham olunub. O, 2-10 min dollar aralığında rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırıb.
O, bu yolla altı aylıq fəaliyyəti dövründə 24,4 min dollardan çox qazanc əldə edib.
Aygün,
KONKRET.az