Ukraynadan Macarıstana xəbərdarlıqbackend

Ukraynadan Macarıstana xəbərdarlıq

Kiyev Budapeştə Ukraynanın Krımsız xəritəsi ilə bağlı videoya görə rəsmi etiraz bəyanatı ünvanlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna XİN açıqlama yayıb.

“Macarıstan təxribatlara son qoymalı və BMT, AB və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Krımın Ukrayna ərazisinin tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək barədə bəyanatlarına ziddir”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Macarıstan Krımın Ukrayna ərazisindən kənarda təsvir edərək, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran bir video yayımlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*