Ukraynadan Rusiyanın bu tanınmışlarına SANKSİYAbackend

Ukraynadan Rusiyanın bu tanınmışlarına SANKSİYA

Ukrayna Ali Radası bir sıra Rusiya vətəndaşlarına – keçmiş gimnast Alina Kabayevaya, həmçinin boksçular Aleksandr Povetkin və Nikolay Valuyevə qarşı sanksiyaların tətbiqini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko teleqram kanalında yazıb.

“Ali Rada Kabayeva, Povetkin, Valuev və digər rusiyalı idmançılara qarşı sanksiyaların tətbiqini təsdiqləyib”, – Qonçarenko bildirib.

O, həmçinin əlavə edib ki, parlament ukraynalı keçmiş futbolçu Anatoli Timoşuka qarşı sanksiyaları dəstəkləyib və Ukrayna qanunvericiliyi oxşar sanksiyaların tətbiqi təklifi ilə Avropa İttifaqı, ABŞ, Kanada, Avstraliya, Yaponiya və digər ölkələrin səlahiyyətli orqanlarını məlumatlandırmağı öhdəsinə götürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*