Ukraynalı şərab istehsalçıları Qərb brendləri ilə rəqabətə tab gətirə bilmirlər və hakimiyyət şərabın aksizlərini Avropa səviyyəsinə endirməlidir (Ukraynada aksiz vergisi 12,23 qrivnadır – təxminən 0,3 dollar).
KONKRET.az xəbər verir ki, bunu “Ukrvinprom” konserninin baş direktoru Vladimir Kuçerenko deyib və o, həm də erməni və gürcü istehsalçılarına qarşı sanksiyaların tətbiqini tələb edib.
“Biz artıq bir ildir ki, məhsulları Rusiyaya tədarük edilən Gürcüstan və Ermənistandan olan şərab və brendi istehsalçılarına qarşı sanksiyalar tətbiq olunmasını istəyirik. Vədlərə baxmayaraq, bu malların burada satışı davam edir”, – Kuçerenko bildirib.
Natiq Səlim,
KONKRET.az