Ukraynalı TIR sürücüsü Qazaxda öldübackend

Ukraynalı TIR sürücüsü Qazaxda öldü

Qazaxda səhhətində problem yaranan TIR sürücüsü vəfat edib.

KONKRET.az xəbər verir ki, dünən saat 19 radələrində Ukrayna vətəndaşı, 1968-ci il təvəllüdlü Lobanov Yuri Yuliyevic ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ağciyər-ürək çatışmazlığı, şəkərli diabetdən əziyyət çəkən əcnəbi vətəndaş az sonra vəfat edib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*