Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların 70%-dən çoxu Rusiya ilə münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır.
KONKRET.az-ın məlumatına görə, sorğu nəticəsində bəlli olub ki, ukraynalılar danışıqlar prosesinə açıqdırlar.
2022-ci ilin may ayında 59% ukraynalı münaqiəşənin diplomatik həllini üstün tuturdu.
Qeyd edək ki, sorğu 5-10 fevral 2024-cü il tarixlərində telefon müsahibəsi vasitəsilə aparılmışdır. Sorğuda yaşı 18 və daha yuxarı olan 1202 respondent iştirak edib.
Burhan,
KONKRET.az