Ukraynanın iki ölkədəki səfirlikləri təhlükəli BAĞLAMA ALDI – XİN-dən REAKSİYAbackend

Ukraynanın iki ölkədəki səfirlikləri təhlükəli BAĞLAMA ALDI - XİN-dən REAKSİYA

Ukraynanın Rumıniya və Danimarkadakı səfirlikləri təhlükəli bağlamalar alıb.

KONKRET.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bu hadisəyə münasibət bildirib.

“Ukraynanın düşmənlərini dincəlməyə və Ukrayna səfirliklərinə, konsulluqlarına partlayıcı paketlər və heyvan gözləri olan qanlı zərflər göndərməklə vaxt itirməməyə çağırırıq, çünki bu, Ukraynanı qorxutmayacaq”, – Kuleba deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Ukrayna səfirlikləri və konsulluqlarına qarşı terror və hədə-qorxu kampaniyası başlayıb. Xüsusilə Madriddə Ukrayna səfirliyinə partlayıcı maddələr olan bağlama göndərilib. Digər paytaxtlarda isə heyvan gözləri ilə qanlı məktublar göndərilib.

“Mən yalnız Ukrayna diplomatiyasının və Ukraynanın bütün düşmənləri üçün təkrar edə bilərəm: siz bizi qorxuda və ya dayandıra bilməyəcəksiniz. Biz ukraynalı diplomatlardan ibarət vahid komandayıq. Və biz Ukraynanı qorumaq və qələbəmizi yaxınlaşdırmaq üçün çalışmaqda davam edirik”, – deyə Kuleba bildirib.

Nazir həmçinin bildirib ki, Ukrayna səfirliklərinə təhlükəli bağlamaların göndərilməsi ilə bağlı yeni hallar var.

“Bu gün siyahıya Rumıniyadakı səfirliyimiz və Ukraynanın Danimarkadakı səfirliyi əlavə olundu. Bu paketləri göndərməkdə və səfirliklərimizi terror etməkdə davam edən hər kəsə, xahiş edirəm, rahatlayın, vaxtınızı və pulunuzu poçt markalarına sərf etməyin. Siz bununla heç nəyə nail olmayacaqsınız” , – deyə Kuleba vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*