Ukraynanın xaricdəki səfirliklərinə bombalı məktublar bu ünvandan GÖNDƏRİLİBbackend

Ukraynanın xaricdəki səfirliklərinə bombalı məktublar bu ünvandan GÖNDƏRİLİB

Ukraynanın xaricdəki səfirliklərinə təhdid məktublarının göndərildiyi ünvan bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba m.əlumat verib. O bildirib ki, səfirliklərə hədələr, bombalı məktublar və heyvan bədən hissələri olan bağlamalar Almaniyadan göndərilib.

“Almaniyanın Zindelfingen şəhərindəki Tesla avtosalonundan Ukrayna səfirliklərinə hədələr, bombalı məktublar və heyvan bədən hissələri olan bağlamalar göndərilib”, – deyə nazir bildirib.

Xatırladaq ki, son günlərdə Ukraynanın 15 ölkədəki diplomatik nümayəndəliyinə 31 dəfə şübhəli bağlama göndərilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*