Ukraynanın yeni xüsusi əməliyyatı: Rusiyanın 2 Su-34 təyyarəsi MƏHV EDİLDİbackend

Ukraynanın yeni xüsusi əməliyyatı: Rusiyanın 2 Su-34 təyyarəsi MƏHV EDİLDİ

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iyunun 27-də səhər saatlarında Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromunda iki ədəd Su-34 çoxfunksiyalı qırıcı təyyarəsinin məhv edildiyini, daha iki təyyarənin isə zədələndiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat SBU-nun “Telegram” hesabında yayılıb.

Bəyanatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat QüvvələriSBU-nun birgə hazırladığı əməliyyat nəticəsində uzaqmənzilli dronlar vasitəsilə aerodroma zərbələr endirilib:

“Bu çoxfunksiyalı qırıcılar Rusiya tərəfindən cəbhə xəttində, xüsusilə ağıllı planlaşdırılan aviabombaların (KAB) atılması üçün intensiv istifadə olunurdu. Hədəflərə zərbələr nəticəsində Marinovka aerodromunun texniki-istismar zonasında yanğın baş verib.”

Qeyd olunub ki, bu infrastruktur hərbi obyekt üçün kritik əhəmiyyət daşıyır, burada Rusiya təyyarələrinin uçuşa hazırlanması, texniki xidmət və təmir işləri həyata keçirilir.

Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*