Ukraynaya ən çox maliyyə yardımı edənlər – Məbləğlərbackend

Ukraynaya ən çox maliyyə yardımı edənlər – Məbləğlər

Bildiyiniz kimi, Rusiya Ukrayna müharibəsi başlayandan Kiyevə həm maddi, həm silah, həm də humanitar yardımlar olunur. Hesablamara görə, müharibə başlayandan indiyədək Ukraynaya 23 milyard dollardan çox maliyyə yardımı edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Ukraynanın baş naziri vurğulayıb ki, bu məbləğin 4,8 milyardı Avropa İttifaqı (Aİ), 8,5 milyard dolları isə ABŞ tərəfindən verilib. O əlavə edib ki, Ukrayna hökuməti 2023-cü ildə Aİ-dən 18 milyard avro məbləğində maliyyə yardımı paketi gözləyir.

Baş nazir bildirib ki, bu, büdcə kəsirini ödəmək üçün istifadə ediləcək.

Həmçinin gələn il 37,7 milyard dollar məbləğində maliyyə yardımının ayrılması üçün ABŞ Konqresindən təsdiq gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*