Ukraynayönlü rusiyalı bloger saxlanıldıbackend

Ukraynayönlü rusiyalı bloger saxlanıldı

Moskvada “Moskva Calling” teleqram kanalının administratoru Andrey Kurşin saxlanılıb.

KONKRET.az xəbər verir ki, ona qarşı ordu haqqında “saxta məlumatlar” yaydığına görə cinayət işi açılıb.

Rusiya mediasının məlumatına görə, Kurşin mütəmadi olaraq Rusiya ordusunu, ölkə hakimiyyətini gözdən salan, Ukrayna Silahlı Qüvvələrinin Rusiya şəhərlərinə və ordusuna hücumlarını sevinərək qarşılayan paylaşımlar edib.

Kurşinin evində axtarış aparılıb. Onu 10 ilə qədər həbs gözləyir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*