Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldubackend

Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldu

İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu müəyyənləşib.

KONKRET.az xəbər verir ki, 33 yaşlı hücumçu yenidən Türkiyənin “Adana Demirspor” klubuna keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son klubu İsveçrə “Sion”u olan forvardla 1+1 illik müqavilə imzalanıb. 2021/2022 mövsümündə də bu klubda çıxış edən futbolçu Adana təmsilçisinə azad agent kimi qoşulub.

Xatırladaq ki, milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl “Qarabağ”dan “Adana Demirspor”a keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*