“Ümid edirik ki, bu dəfə Rusiya bizi məyus etməyəcək” – Simonyanbackend

"Ümid edirik ki, bu dəfə Rusiya bizi məyus etməyəcək” - Simonyan

“Ümid edirik ki, bu dəfə Rusiya bizi məyus etməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbədənkənar iclasında deyib. O bildirib ki, yaxın zamanlarda Rusiya Qarabağdakı situasiya ilə bağlı bəyanat verəcək.

“Bizdə olan məlumata görə, Rusiya məqsədyönlü bəyanatla çıxış etməyə hazırlaşır.
Bu insident onu göstərir ki, sülhməramlı qüvvələrə ehtiyac var və onların mandatı uzadılmalıdır”, – deyə Simonyan bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, nəzarətin başqa beynəlxalq formatda həyata keçirilməsi məsələsinə də baxılacaq.

“Bildirək ki, hazırda ABŞ, Aİ, Fransa artıq məqsədyönlü “bəyanat”lar verib. Bizdə olan məlumata görə, Rusiya da erməni xalqının uzun müddətdir ki, gözlədiyi oxşar bəyanatla çıxış etməyə hazırlaşır. Ümid edirik ki, bu dəfə tərəfdaşlarımız bizi məyus etməyəcək”, – Simonyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*