“Ümidlə gözləyirik” – Əlisəmid Kürün qızıbackend

“Ümidlə gözləyirik” - Əlisəmid Kürün qızı

Respublika Klinik Xəstəxanasından evə köçürülən şair Əlisəmid Kürün vəziyyəti ağır olaraq qalır.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun qızı Aynur Mehdiyeva məlumat verib.

O bildirib ki, hələlik ümidlə gözləyirlər:

“Atamın xəstəliyi müalicəyə tabe olmadığı üçün xəstəxanadan evə göndərilib. Hazırda evdədir. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*