Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global”a istinadən məlumat yayıb.
Xatırladaq ki, Ü.Özdağ 2025-ci il yanvarın 19-da partiyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi sözlər səbəbindən barəsində təhqiqat başlamışdı. O, “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” maddəsi üzrə mühakimə olunurdu.
Məhkəmə Ü.Özdağın cinayətinin sübuta yetirildiyini və 2 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilməsi, lakin məhkəmə nəzarəti altında azadlığa buraxılması barədə qərar çıxarmışdı.