Universitet müəllimi həbs edildibackend

Universitet müəllimi həbs edildi

İranda Gilan əyalətinin Rəşt şəhərində yaşayan universitet müəllimi və sosial media fəalı Tina Delcu həbs edilib.

KONKRET.az News24.az-a istinadən xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

O, sosial mediadakı paylaşımlarına görə “hakimiyyətə qarşı təbliğat”da günahlandırılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*