Unun və çörəyin də qiyməti bahalaşacaq? – AÇIQLAMAbackend

Unun və çörəyin də qiyməti bahalaşacaq? - AÇIQLAMA

Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

KONKRET.az xəbər verir ki, qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

Mövcud vəziyyətdə qiymətləri tənzimləmək mümkün olacaqmı? Əgər mümkün olmazsa, təxminən nə qədər artım müşahidə oluna bilər?

İqtisadçı Qulu İbrahimli hesab edir ki, Azərbaycan hökumətinin atdığı bu addım qısa müddətli xarakter daşıyır: 

“Dünya üzrə ərzaq problemi çox kəskinləşib. Ekologiyanın korlanması, quraqlıq, əkin sahələrinin azalması, maya dəyərini yüksəlməsi, tələbin artması, bir tərəfdən də pandemiya qeyri-müəyyənliyi. Qıtlıq və bahalıq kimi dəhşətli böhranın astanasındayıq. Hökümətimizin müəyyən edəcəyi mexanizmlər müvəqqəti xarakterlidir. Köklü həll üsulu deyil. Bahalıq bir yana, dünyada qıtlıq problemi var. Rusiya kimi istehsalçı ölkə taxıl ixracına kvota qoyub. Ölkələr ehtiyat taxıl fondları üçün daha çox tədarükə başlayıb. Ərzaq buğdasına (una) münasibətdə yeganə çıxış yolumuz əkin sahələrini artırmaq, fermerləri dövlət subsidiyaları ilə həvəsləndirməkdir. Hökümətin belə məqamda ən təqdirəlayiq və nəticəyönümlü addımı erməni işğalı altındakı əkinə yararlı torpaqların azad olunması və ordakı şirin su ehtiyatlarımıza nəzarətin təmin olunmasıdır.

Ekspert hesab edir ki, taxıl əkin sahələrini pambığa yönəltmək səhv idi:

“Pambığın ölkəyə əlavə valyuta qazandırması da çox aşağıdır. Onun əkilib becərilməsi, yığımı, emalı üçün toxum, gübrə, zəhərlər, bahalı texnika, avadanlıq və digər materiallar da idxal olunur, valyuta xərclənir. Taxıl isə həm də ölkənin qida təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. İndiyədək buğda ehtiyacının 60%-i öz istehsalımız, 40%-i isə idxal hesabına təmin olunub. İşğaldan azad olunan ərazilərimizi də nəzərə alsaq, taxıl əkinini düzgün optimallaşdırmaqla idxaldan və ərzaq buğdasının dünya bazarında qiymət artımından asılılığı azaltmaq olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*