Ursula fon der Lyayen Volodimir Zelenski ilə görüşdü – FOTObackend

Ursula fon der Lyayen Volodimir Zelenski ilə görüşdü - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə fon der Lyayen öz “Twitter” hesabında məlumat verib.

Görüş zamanı Prezident Zelenski Ursula fon der Lyayenə 1-ci dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenini təqdim edib.

Lyayen bu hədiyyədən böyük məmnunluq hissi duyduğunu ifadə edib.

“Hörmətli Volodimir Zelenski, 1-ci dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordeni ilə təltif etdiyinizə görə çox təşəkkür edirəm. Bu, bir şərəfdir. Mən bunu bütün Avropa İttifaqı vətəndaşları adından qəbul edirəm. Həmçinin bu ordeni güclü əlaqələrimizin simvolu olaraq dəyərləndirirəm”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*