Uşağı xaricə apararkən digər valideynin razılığı tələb olunur? – VACİB AÇIQLAMAbackend

Uşağı xaricə apararkən digər valideynin razılığı tələb olunur? - VACİB AÇIQLAMA

Azərbaycanda uşaqların xaricə aparılması ilə bağlı qanunvericilikdə mühüm dəyişiklik edilib.

Maraqlıdır, uşaq xaricə aparılarkən digər valideynin razılığı tələb olunurmu?

Hüquqşünas Turan Abdullazadənin KONKRET.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 1 fevral 2024-cü ildə Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə dəyişiklik olunması ilə bağlı qərar qəbul edib. Yeni müddəaya əsasən, uşağı xaricə aparmaq üçün artıq digər valideynin notarial qaydada razılığı tələb olunmur.

Screenshot

Turan Abdullazadə

“Əgər uşağın bir valideynin himayəsində qalmasına dair məhkəmə qərarı mövcuddursa, həmin valideyn övladı ilə sərbəst şəkildə ölkəni tərk edə biləcək. Digər valideyn isə uşağın xaricə aparılmasına etiraz edirsə, bununla bağlı məhkəməyə müraciət ünvanlamalıdır.

Əvvəllər boşanma və uşağın himayəyə verilməsi barədə qətnamə olsa belə, uşağı xaricə aparmaq istəyən valideyn yenidən qarşı tərəfə qarşı iddia qaldırmalı idi. Lakin yeni dəyişiklik bu tələbə son qoyacaq”.

Vəkil əlavə edir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul olunsa da, onun icrası gecikir, Miqrasiya Məcəlləsinin 11-ci maddəsində hələ də bu dəyişiklik öz əksini tapmır”

“ Müddəanın əlavə edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsə də bununla bağlı hər hansı yenilik yoxdur.
Buna görə də hələ ki, tərəflərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*