“Uşağını atan anaları qınamıram” – Stilist Anar Ağakişiyevbackend

“Uşağını atan anaları qınamıram” - Stilist Anar Ağakişiyev

“Ailə və övlad böyük məsuliyyətdir. Ailə qurmağa hazır deyiləm”.

KONKRET.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev “Üzə düz” proqramına müsahibəsində deyib.

“Əvvəl çox istəyirdim ki, 2-3 qız övladım, böyük bir ailəm olsun. Sosial şəbəkələrdə görürəm ki, uşaq dünyaya gətirib sonra atırlar…. Onları qəti qınamıram. Qınama ki, özün də nə vaxtsa qınaq obyektinə çevrilə bilərsən. Öz- özümə sual verirəm ki, gör həyat bunu nə dərəcəyə gətirir ki, insan öz parçasını məcbur olub küçəyə atır”, – deyə o əlavə edib.

Ağakişiyev deyib ki, pandemiya düşməsəydi, ata olacaqdı: “Baş verənlər qaldı 2019-cu ildə. Həyatımda yeni bir mərhələ başlayacaqdı. Belə məsləhət idi, yəqin belə olmalı imiş. İncitmir məni”.

O, övladlığa uşaq götürmək barədə düşünmədiyini bildirib: “Çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da, normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata və anasının adı yazılmalıdır. Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacağam. Yoxsa bir işarə olsun deyə ata olum… Ata bilməsin ki, övlad harada yatır, yeyir, yox, bunu qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, qapını bərk bağlayacağam…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*