Uşaq evindən oğurluq edən şəxs SAXLANILDIbackend

Uşaq evindən oğurluq edən şəxs SAXLANILDI

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*