Uşaq həbsxanasında dəhşətli hadisə – ÖLƏNLƏR VARbackend

Uşaq həbsxanasında dəhşətli hadisə - ÖLƏNLƏR VAR

Misir paytaxtının Marj rayonunda yetkinlik yaşına çatmayanlar üçün həbsxanada baş vermiş yanğın nəticəsində azı 6 uşağın həyatını itirdiyi bildirilir.

KONKRET.az xəbər verir ki, Misir Penitensiar Xidmətinin məlumatında 20-dən çox azyaşlı məhkumun da yaralandığı qeyd olunub. İnsidentin uşaqlar arasında dava-dalaşdan sonra baş verdiyini bildirən rəsmi mənbə prokurorluq tərəfindən təhqiqat aparıldığını əlavə edib. İlkin versiya olaraq, yanğının elektrik naqilində qısa qapanma nəticəsinə baş verdiyi qeyd olunub.

Misirin rəsmi “Əxbar Əl-Yom” qəzetinin yazdığına görə, yanğın zamanı qaçaraq xilas olmaq istəyən uşaqların qarşısını həbsxana nəzarətçiləri alıblar. Uşaq penitensiar müəssisəsində yanğın təhlükəsizliyinin standartlara cavab verməməsi də ağır faciəyə səbəb olub. Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*