Bu gün Prezident İlham Əliyevin döğum günüdür. Ölkə başçısının 60 yaşı tamam olub.
KONKRET.az dövlət başçısının xarici mətbuata verdiyi müsahibəsindən maraqlı sitatlarını oxuculara təqdim edir.
“Din bizim özünüdərkimizin bir hissəsidir”
“Din bizdə dövlətdən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Bununla bərabər, biz hamımız dinə böyük hörmətlə yanaşırıq. Bu bizim tariximizin, mədəniyyətimizin və özünüdərkimizin bir hissəsidir. Ölkəmizdə dinin yeri Konstitutsiyada təsbit olunub. Cəmiyyətimiz də özünün inamlarında tam azaddır”.
“Kabinetimdə atamın portretini asmışam”
“Kabinetimdə Heydər Əliyevin porterti asılıb. Mənə elə gəlir ki bu kifayət edir. O, mənim atam olub, bütün həyatını xalqa həsr etmiş lider olub. Ailə üzvü kimi atamın ali keyfiyyətləri mənə yaxşı bəlli idi. Axı digərləri onu ya televiziorda, ya da uzaqdan görüblər. Heydər Əliyevin insani keyfiyyətləri və vicdanlılığı bir nümünədir. Onun ölkənin inkişafı üçün etdiklərinin qiyməti yoxdur”.
“Plovu çox xoşlayıram”
“Azərbaycan mətbəxini hökmən dadmaq lazımdır. Mən özüm milli mətbəxə üstünlük verirəm. Bu mətbəx çox rəngarəngdir. Məsələn, dolma və kabablarımızı deyə bilərəm. Amma ən əziz qonaq gələndə, toyda-bayramda plov verilir. Mən plovu çox xoşlayıram. Onun çox müxtəlif formaları var. Bir-birinə bənzəmir. Mən şəxsən plova üstünlük verirəm”.
“Atam çağırıb deyərdi: “Hə, təzə nə anektodun var”
“Mən lətifələri sevirəm. Uşaq vaxtlarında gülməli anektodlara qulaq asmağa, danışmağı xoşlayırdım. Ən əsası odur ki, onları yadda saxlaya bilirdim. Hərdən elə olurdu ki, atam məni çağırıb deyirdi: “Hə, danış görüm təzə nəyin var”….Qeyd edim ki, anektodlar ünsiyyət zamanı çox vacibdir”.
“General olmaq istəyirdim”
“Uşaqlıqdan general olmaq istəyirdim. Xatırimə gəlir ki, atama 1967-ci ildə general rütbəsi vermişdilər. O zaman çox balaca idim. Amma yaddaşımda dərin iz buraxımışdı… Sonradan hərbçi olmağın əleyhinə deyildim. Amma Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil oldum. Moskvaya gələndə mənim hələ heç 16 yaşım olmamışdı…”.
“Mənim üçün işlədiyim adamların mənə münasibətini bilmək vacib idi”
“Burada oxudum, sonra müəllimlik etdim. Atam istefaya göndəriləndən sonra mənə münasibət birmənalı oldu. Amma mənim üçün işlədiyim ali məktəbdə işlədiyim adamların münasibətini bilmək vacib idi: onlar mənə dəstək nümayiş etdirdilər, böyük diqqət yetirirdilər. Bu mənim üçün çox mühüm və qiymətli idi. Amma nə edəsən, siyasi direktivlər belə idi ki, Əliyevin oğlu burada daha işləyə bilməz. Yeri gəlmişkən, Moskvada rəsmi səfərdə olarkən mənə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun fəxri doktoru adını verdilər”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Bakı” jurnalına müsahibəsindən sitatlar:
“Biz mübahisə etmirik”
“Bir qayda olaraq, biz mübahisə etmirik. Çoxillik evlilik həyatım məni əmin edib ki, İlham istənilən problemi düzgün qiymətləndirir və uzunmüddətli perspektivdəki nəticələri çox doğru görür. Mən onun məsləhətlərini nəzərə alıram, amma öz intuisiyama da etibar edirəm. Əlbəttə, baxışlarımızın üst-üstə düşmədiyi vəziyyətlər olur. Lakin bu, mübahisələrə səbəb olmur. Biz bir-birimizin fikirlərinə hörmətlə yanaşmağı çoxdan öyrənmişik”.
“Prezidentin həyat yoldaşı olmaq çətindir”
“Prezidentin həyat yoldaşı onun çiyinlərinə düşən məsuliyyəti bölüşür. Bu, həqiqətən də çətindir. Əsas odur ki, təkcə özünü və ailəni yox, hansısa mənada öz ölkəni təmsil etdiyini anlayasan. Xoşbəxtlikdən mən hələ uşalıqdan öz qarşıma sərt tələblər qoymuşam, həmişə valideynlərimə, ailəmə layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar bu çətin vəzifənin öhdəsindən dəqiqliklə gəlirlər.
“Həyat yoldaşıma heyranam”
“Mən həyat yoldaşım İlham Əliyevə heyranam. Bütün çağırışlar qarşısında tab gətirmək, milli maraqları şərtsiz müdafiə etmək, hədsiz vətənpərvərlik və öz işinə sədaqət-mənim fikrimcə, əsl dövlət xadimi məhz belə olmalıdır”.
“Onun üçün hədiyyə seçmək asan deyil”
“Həyat yoldaşım üçün hədiyyə seçmək də asan deyil. O, çox təvazökar adamdır, adətən, yalnız məişətdə zəruri olan şeylərdən istifadə edir. Yadımdadır, həyat yoldaşımın 45 yaşı tamam olanda ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə sifariş etdik və bu sözləri yazdırdıq: “Biz səni çox sevirik”.
Bu, onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və bizim həmin fotoşəklimiz o vaxtdan bəri həmişə onun masasının üstündədir..”.
«Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə – atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm».
Azpost.info