ÜST: “İsrailin Əl-Şifa xəstəxanasına hücumu qəbuledilməzdir”backend

ÜST: "İsrailin Əl-Şifa xəstəxanasına hücumu qəbuledilməzdir"

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus  çərşənbə günü İsrail ordusunun Qəzzadakı Əl-Şifa xəstəxanasına hücumunun tamamilə qəbuledilməz olduğunu deyib.

KONKRET.az xəbər ki, bu barədə Reuters məlumat yayıb.

ÜST-nin baş direktoru Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, xəstəxanalar hərbi məqsədlər üçün istifadə olunsa belə, xəstələr və işçilər qorunmalıdır.

“Xəstəxanalar döyüş meydanı deyil”, – deyə Qebreyesus əlavə edib.

O, həmçinin xəstələri və tibb işçilərini müəssisədən təxliyə etmək imkanını təcili nəzərdən keçirməyi tələb edib.

Qebreyesusun sözlərinə görə, daha 80 cəsəd basdırılmamış qalıb və xəstəxanada oksigen, elektrik, su yoxdur. Orada cəmi 633 xəstə, həmçinin 500-ə yaxın işçi və xəstəxana ərazilərində sığınan 4000-ə qədər insan var.

Qeyd edək ki, İsrail əsgərləri çərşənbə günü Fələstin ərazisinə hücumları çərçivəsində Qəzzanın ən böyük tibb müəssisəsi olan Əl-Şifa xəstəxanasına hücum edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*