KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yerli azərbaycanlıların süfrə mədəniyyəti nümayiş olunub. Dostluq Evində qonaqlara yerli xalqların milli mətbəxləri təqdim edilib.
Azərbaycan mətbəxinin təqdimatı “Ruhani İntibah” proqramı çərçivəsində “Qazaxıstanın tarixi irsi” layihəsi çərçivəsində təşkil edilib.
Qədim xalqlardan sayılan azərbaycanlıların milli mətbəxi də yüksək zövqlə inkişaf edir. Bütün şəhər sakinləri bu tədbirdə iştirak ediblər. Qonaqlar burada azərbaycanlıların həyatı və milli-mənəvi dəyərləri ilə tanış olmaq imkanı əldə ediblər. Qonaqlara dolma, kabab, plov və şirniyyatlar təqdim edilib.
Təşkilatçılar hər yeməyin hazırlanma yollarını izah ediblər. Tədbir çərçivəsində rəngarəng milli geyimli rəqqasələr və müğənnilərin iştirakı ilə konsert keçirilib.