ÜST koronavirusun yeni ştamı səbəbindən təcili iclas keçirəcəkbackend

ÜST koronavirusun yeni ştamı səbəbindən təcili iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada aşkarlanan yeni B.1.1.529. ştamı səbəbindən noyabrın 26-da təcili iclas keçirəcək.

KONKRET.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə təşkilatın fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove online-sessiya zamanı bildirib. Onun sözlərinə görə, zülalında onlarla mutasiyaya malik yeni variant izlənilir və bu variantın mövcud vaksinlərin effektivliyinə təsiri barədə müzakirələr planlaşdırılır.

“Yeni ştam haqqında hələlik kifayət qədər məlumatımız yoxdur. Lakin biz onun çox sayda mutasiyaya malik olduğunu bilirik”, – deyə Mariya Van Kerkhove qeyd edib. O, həmçinin bildirib ki, virusun təkamülünü araşdıran qrup koronavirusun bu variantının yaratdığı təhlükəni müzakirə edəcək.

Bir müddət öncə Böyük Britaniyanın və İsrailin hakimiyyət orqanları Botsvanada yeni ştamın aşkarlanması ilə əlaqədar olaraq Cənubi Afrika ölkələrinə uçuşları dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*