Uve Halbax: “Rəsmi Moskva Ermənistan rəhbərliyi ilə problemləri həll edə bilmir”backend

Uve Halbax: “Rəsmi Moskva Ermənistan rəhbərliyi ilə problemləri həll edə bilmir"

“Rəsmi Moskva Ermənistan rəhbərliyi ilə problemləri həll edə bilmir. Rusiya istəyir ki, bu ölkə ilə strateji tərəfdaşlıq məsələlərini daha da inkişaf etdirsin. Amma Ermənistanda bunda maraqlı olmayan qüvvələr hələ də hakimiyyətdədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Berlin Elm və Siyasət Fondundan Uve Halbax bildirib. O, qeyd edib ki, münaqişə fonunda bir neçə narahatedici məqamlar var. Halbaxa görə Moskvanın reaksiyası yalnız pravoslav deyil, İrəvanla sıx əlaqələri fonunda çoxlarına təəccüblü görünür. Ermənistan Rusiyaya sadiqliyini qoruyub saxlayan keçmiş Sovet respublikaları arasında ən birincisidir. Hər iki ölkə Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Rusiya Ermənistanın Gümrü şəhərində də hərbi baza saxlayır. Lakin təzadlar da az deyil. İndiki hakimiyyətin iki il boyunca Rusiyaya sərgilədiyi münasibət göz qabağındadır.

Bu gün Qərb politoloqları belə Paşinyan dövründə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin sərinləşməsi ilə bağlı mövzulardan bol-bol danışıblar. Uve Halbax deyir: “Moskva köhnə hakim partiyanın hakimiyyətdən uzaqlaşdırılmasında və Ermənistanda demokratikləşmənin başlamasında maraqlı deyildi”.

Ekspertə görə, mövcud hakimiyyətin dəyişməsindən sonra regionda vəziyyət dəyişə bilər. Amma bu barədə danışmaq hələ tezdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*