Üzüm yarpağı yığan 50 yaşlı qadın faciəvi şəkildə öldübackend

Üzüm yarpağı yığan 50 yaşlı qadın faciəvi şəkildə öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, rayonun Tel kənd sakini, 1972-ci il təvəllüdlü Pərvanə Əhmədova ağacdan yıxılaraq ağır yaralanıb. Belə ki, yaşadığı evin həyətindən üzüm yarpaqları yığan qadın ehtiyatsızlıqdan yıxılıb və müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Tibbi müdaxiləyə baxmayaraq, 50 yaşlı qadın vəfat edib.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*