Vahid Ələkbərov: “Rusiyada investisiyaların dayandırılması sənayeyə güclü zərbə vurub”backend

Vahid Ələkbərov: “Rusiyada investisiyaların dayandırılması sənayeyə güclü zərbə vurub”

Rusiyanın neft sənayesi, hətta Qərbin sanksiyaları altında da normal inkişaf edə bilər.

KONKRET.az xəbər verir ki, bu fikirləri azərbaycanlı iş adamı, Lukoyl-un eks-prezidenti Vahid Ələkbərov “Financial Times” qəzetinə şərhində bildirib.

Onun sözlərinə görə, Rusiyanın özünün yaxşı inkişaf etmiş texnologiyaları var.

“Əlbəttə, bəzi layihələrin müddəti dəyişdiriləcək, lakin ümumilikdə Rusiya neft sənayesi normal rejimdə inkişaf etmək potensialına malikdir”. TASS Ələkbərovun sözlərindən sitat gətirib.

Eyni zamanda, LUKOIL-un keçmiş rəhbəri etiraf edib ki, ən böyük neft-mədən şirkətlərinin investisiyalarını dayandırması sənayeyə güclü zərbə vurub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*