backend

Vaksin vurduranlar mükafatlandırılacaq

Cümə günündən etibarən koronavirusa qarşı peyvənd vurdurmağa başlayacaq Nyu-York sakinləri 100 ABŞ dolları həcmində mükafat alacaqlar.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası tvitterdə məlumat verib.

“Şəhərin saytı vasitəsilə qeydiyyatdan keçərək ilk doza peyvəndi vurdurun və 100 dollar qazanın. Bu, çox sadədir”, – məlumatda deyilir.

Nyu-York ştatının səlahiyyətliləri daha əvvəl də sakinləri vaksinasiyadan keçməyə təşviq etməyə çalışmışdılar: may ayının sonlarında 10 peyvəndləmə məntəqəsində onu vurduranlara baş mükafatı 5 milyon ABŞ dolları olan lotereya biletləri verilirdi.

Bundan əlavə, Nyu-York meri Bill de Blazio bütün bələdiyyə işçilərinə sentyabrın ortalarına qədər peyvənd etdirmələrini tapşırıb. O vaxta qədər peyvənd sertifikatı almayanlar mütəmadi müayinədən keçəcəklər.

Son məlumatlara görə, Nyu-Yorkda ümumilikdə 9,9 milyon koronavirus əleyhinə peyvənd vurulub, 4,4 milyondan çox insan hər iki dozanı vurdurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*