Vaksinasiya məntəqələrinin sayı artırıldıbackend

Vaksinasiya məntəqələrinin sayı artırıldı

Əhali arasında “COVID 19” əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) KONKRET.az-a verilən məlumata görə, xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci ildən “Yeni Klinika” Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.

Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək.

Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.

Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*