Valideynlərinə acıq edərək, evdən qaçan məktəbli tapıldıbackend

Valideynlərinə acıq edib evdən qaçan məktəbli tapıldı

Siyəzəndə üç gün əvvəl itkin düşən 9-cu sinif şagirdi Nihad Vaqif oğlu Nuriyev tapılıb.

KONKRET.az-ın məlumatına görə, məktəblinin olduğu yer Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib və evdən məktəbə getmək adı ilə çıxıb geri qayıtmayan yeniyetmə ailəsinə təhvil verilib.

Valideynlərinə acıq edən Nihad Nuriyevin hansı səbəbdən evdən getməsi araşdırılır.

Xatırladaq ki, məktəbli Siyəzən şəhərindəki 5 saylı orta məktəbin 9-cu sinif şagirdidir. /bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*