Vaqe Akopyan: “Azərbaycan Qafanı istənilən an ələ keçirə bilər”backend

Vaqe Akopyan: "Azərbaycan Qafanı istənilən an ələ keçirə bilər"

Hayastan (Ermənistan) fraksiyasının deputatı, Zəngəzur bölgəsinin keçmiş qubernatoru Vaqe Akopyan, bölgədəki vəziyyətdən danışarkən Azərbaycan tərəfinin güzəştlərdən yayındığını bildirib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Akopyan fikirlərini belə davam etdirib: “Azərbaycan tərəfi Gorus-Qafan yolunda polis keçid məntəqəsi yaradıb. Video görüntüləri internetdə izlədim. Onlar (azərbaycanlılar – red.) İranın yük maşınlarını saxlayır, gömrük rüsumu tələb edir və yalnız bundan sonra hərəkətə icazə verirlər”.

“Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Vorotan Azərbaycan toponimi kimi xarakterizə edilir. Bu nə deməkdir, anlamıram. Bizə tədricən buranın Azərbaycan ərazisi olduğunu aşılayırlar” – deyə Akopyan vurğulayıb.

O qeyd edib ki, bu gün Zəngəzurdan daha vacib problem yoxdur: “Azərbaycan tərəfi hər an Qafan yolunu kəsə bilər. Yalnız baş nazir Nikol Paşinyanın istefaya getməsi bütün problemləri həll edə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*