Vaqif Xaçatryan məhkəmədə son söz dedibackend

Vaqif Xaçatryan məhkəmədə son söz dedi

1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

KONKRET.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən vəkil Radmila Abılova çıxış edib.

O bildirib ki, Vaqif Xaçatryan erməni millətindən olan Azərbaycan vətəndaşıdır. R. Abılova Vaqif Xaçatryan üçün bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxsə son söz verilib. V. Xaçatryan səhhəti ilə bağlı problemlərinin olduğunu bəhanə edərək cinayətləri üzərindən atmağa çalışıb. Meşəli kəndinin sakinlərinin şahidlik etməsinə baxmayaraq, Xaçatryan hadisələrdə iştirak etmədiyini iddia edib.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Bir qədər sonra təqsirləndirlən şəxsə hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl dövlət ittihamçısı V.Xaçatryanın 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*