Əvvəllər Yevgeni Priqojinin üsyanını dəstəkləyən “Storm Z” batalyonundan cəlb edilmiş döyüşçülər “Vaqner” PMC-nin rəhbərini dönüklükdə ittiham ediblər.
KONKRET.az xəbər verir ki, onlar video yayaraq Priqojinə mesaj yollayıblar.
“Biz sənin üçün ayağa qalxmağa hazır idik, amma sən bir yerə qədər getdin. Belə olmamalı idi. Biz birlikdə hərəkət etməli idik. İnanın, yaxşı insanlar bunu cavabsız qoymayacaq” – deyə videoda iştirak edənlərdən biri Priqojinə müraciət edib.
Günel Mikayılova,
KONKRET.az
PRIGOJIN VE PUTIN YAXSI TEATR QURA BILMEDILER VE BIABIR OLDULAR