Vaqnerçilər Baxmutun bu hissəsini ələ keçirdi – Britaniya MNbackend

Vaqnerçilər Baxmutun bu hissəsini ələ keçirdi – Britaniya MN

Son dörd gündə “Vaqner” yaraqlıları Donetskin Baxmut şəhərinin şərq yarısının çox hissəsini ələ keçirib. Hazırda cəbhə xətti şəhərin mərkəzində Baxmutka çayı boyunca keçir.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri şəhərin qərb hissəsini nəzarətdə saxlamaqda davam edir. Ukraynalı müdafiəçilər xüsusilə binalar arasında 200-800 m enindəki açıq sahə zolağından şimaldan cənuba keçən çayın üzərindəki əsas körpüləri dağıdıb. Bu isə “Vaqner” qüvvələrinin qərbə hücumunu davam etdirmək cəhdlərini çətinləşdirə bilər.//axar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*