Vardan Poqosyan: “Azərbaycanın təsiri altına düşməməliyik”backend

Vardan Poqosyan: "Azərbaycanın təsiri altına düşməməliyik"

“Hazırkı hökumət Ermənistan Respublikasının Konstitusiyasını danışıqlar predmetinə çevirməkdə davam edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Konstitusiya eksperti Vardan Poqosyan bildirib.

O hesab edir ki, qeyri-müəyyən şəraitdə yeni Konstitusiyanın qəbuluna imkan verməmək üçün Ermənistanın Konstitusiya və konstitusiya ideyası ətrafında möhkəmlənməsi lazımdır.

“Bu gün Konstitusiya və konstitusiya ideyası ondan ibarətdir ki, bizim milli dövlətimiz var və biz bu dövlətin Azərbaycan-Türkiyə təsiri altında hansısa yarımmüstəqil dövlətə çevrilməsinə imkan verməməliyik. Yəni bu gün bizim əsas problemimiz doğrudan da milli-azadlıqdır”, – deyə konstitusiya eksperti məsələyə münasibətini bildirib.

O, daha sonra fikilərini belə əsaslandırıb:

“Bu gün bizim dövlətimiz var, amma o dövləti vətənimizi obyektiv şəkildə məhvə aparan hakimiyyət işğal edib, ona görə də buna imkan verməmək üçün biz dərk etməliyik ki, onsuz da ən böyük təhlükə Ermənistanın özüdür. Və bunun qarşısını almağın ən mühüm yollarından biri, halqalarından biri də mövcud Konstitusiyanı qorumaqdır.

Paşinyan təbiətinə görə demaqoq-populistdir. Baş nazir bütün xalqın adından danışmaq hüququnu özündə saxlayır, əgər xalq homojen deyilsə, fərqli mövqelərə malik müxtəlif təbəqələrə malikdir. Paşinyan elə təəssürat yaratmağa çalışır ki, o, bütün xalqın iradəsini təmsil edir. Çünki o, səsvermə hüququna malik vətəndaşların azlığı tərəfindən seçilib”, – deyə mütəxəssis əlavə edib.

Ümumiyyətlə, ekspert vurğulayıb ki, bütün ölkə vətəndaşlarının tərəfdarı olduğu Konstitusiya yoxdur. Önəmli olan Konstitusiyanın özəyi, xalqın əksəriyyətinin ya özününkü saydığı, ya da saymadığı əsas müddəalardır.

Paşinyan və onun rejimi Konstitusiyanın hərfinə və ruhuna zidd olan Konstitusiya çevrilişi həyata keçirmək istəyir. Və bundan sonra Konstitusiyanın legitimliyindən danışmaq sadəcə olaraq mənasız olar.

Xalqın adından heç kim deyə bilməz ki, xalq Konstitusiyanın lehinədir, ya əleyhinədir. Ya biz Konstitusiyanın qəbul edildiyi və qüvvədə olması faktını qəbul edəcəyik, ya da diletantlığın və populizmin hökm sürdüyü subyektiv sahəyə daxil olacağıq, Paşinyan hökumətinin təcəssümü budur”, – Vardan Poqosyan fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*