Vardan Poqosyan: “Bunlar boş vədlərdir. Bakı heç vaxt buna razı olmayacaq”backend

Vardan Poqosyan: “Bunlar boş vədlərdir. Bakı heç vaxt buna razı olmayacaq”

“Beynəlxalq münasibətlər beynəlxalq hüquqa deyil, qüvvələr balansına əsaslanır. Çox vaxt beynəlxalq hüquq fövqəldövlətlərin əlində sadəcə alət olur”.

KONKRET.az xəbər verir ki, bunu konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan deyib.

“Ermənistanın beynəlxalq hüquq arsenalından imtina etdiyi (öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmədiyinə görə), müharibədə məğlub olduğu və onun təhlükəsizliyini yalnız sülhün təmin edəcəyini bəyan etdiyi bir vaxtda İlham Əliyev birbaşa deyir ki, delimitasiya və demarkasiya Azərbaycanın irəli sürdüyü şərtlərlə aparılacaq”, – deyə Poqosyan “Pressinq” verilişinin efirində deyib.

Problem həm də ondan ibarətdir ki, Ermənistan Azərbaycan tərəfinin təzyiqlərinə və ilkin şərtlərinə qarşı çıxa bilmir, yalnız Xankəndi ilə Bakı arasında beynəlxalq miqyasda görünən dialoqun formalaşması ilə bağlı məğlubiyyətçi və boş bəyanatlar verir. “Bunlar boş vədlərdir. Bakı heç vaxt buna razı olmayacaq. Xüsusilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra. Bu, onlara əsas verir ki, Qarabağ münaqişəsi Azərbaycanın daxili məsələsidir, yerli ermənilər Azərbaycan vətəndaşlarıdır və buna görə də onların hüquqları Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin olunacaq”, – deyə Poqosyan bildirib.

O əmindir ki, nizamlanma prosesi indiki məcrada davam edərsə, erməni xalqının maraqlarına əsaslanan həllin əldə olunmasına ümid qalmayacaq. “Mövcud reallıqlar şəraitində belə bir qərar istisnadır”, – Poqosyan yekunlaşdırıb.

Sevinc Paşayeva,

KONKRET.az

  • Əsəd
    İyun 3, 2023 - 14:21

    Ermənilər Qarabaq oyununda sovetlərin onlara verdikləri Azərbaycan ərazisini ələ keçirmək istəyirlər,buna imkan verilməməlidir.Azərbaycanın ərazisi 86 min km.kv ,yox 114min km.kv olub Qarabaq daxil olmaqla.

Əsəd üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*