Vardanyanı müdafiə edən şəbəkə Azərbaycanda hərəkətə keçdi – Kriminal plan reallaşırbackend

Vardanyanı müdafiə edən şəbəkə Azərbaycanda hərəkətə keçdi – Kriminal plan reallaşır

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller oktyabrın 15-də ənənəvi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib ki, ABŞ heç vaxt Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini COP29 ilə əlaqələndirməyib . Millerin sözlərinə görə, ABŞ hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb.

Bu cavab sülhə qarşıdır, Ermənistanı yayındırmaqdır, yoxsa, Rusiyanı oyundankənar vəziyyətə salıb, sülh danışıqlarına moderatorluq, ev sahibliyi etmək cəhdidir? Son vaxtlar Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında Rusiyanın fəallaşması fonunda bu bəyanatın izahı nədir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Azərbaycan və Ermənistan arasında indiki şərtlər və ABŞ-ın bilavasitə istəyi ilə imzalanacaq sülh müqaviləsi avtomatik olaraq Rusiyanı prosesdən kənar saxlayır:

“Rusiyanın iştirakı ilə sülh müqaviləsi imzalanmazsa, oyundan kənar salınmış olacaq. Yəni onun prosesə və münaqişə tərəflərinə təsir imkanları sıfıra endirilir. Xatırladım ki, elə 2020-ci il 10 noyabrda imzalanan atəşkəs sənədi bilavasitə Kremlin təhriki və təşəbbüsü ilə baş tutmuşdu.

Sülh məsələsindən ABŞ həm də öz maraqlarına görə istifadə edir. Belə ki, Rusiyanı prosesdən uzaq tutmaqla paralel, ümumilikdə Cənubi Qafqazda təsir imkanlarını azaltmaq istəyir. Bu açıqlamalar rəsmi Vaşinqtonun “sülhpərvərliyindən” qaynaqlanmır. Konkret geosiyasi maraqlar var”.

Politoloqun sözlərinə görə, noyabrda ABŞ-da keçirilməsi gözlənilən prezident seçkilərinə qədər Cənubi Qafqazda sülhün bərqərar olması Demokratların xeyrinədir:

“Əfqanıstandan biabırçı vəziyyətdə ABŞ-ın qaçışından, xəyanətindən sonra belə bir hərbi-siyasi uğur olmayıb. Yaxın Şərqdə Bayden administrasiyasının konkret təşəbbüsləri var. Lakin burada real heç bir nəticə yoxdur. İsrail hökuməti buna imkan vermir. Ona görə də diqqəti Cənubi Qafqaza yönəldiblər.

Bu açıqlamalar sadəcə Rusiyanın fəallaşması fonunda verilən bəyanatlar deyil. Azərbaycana qarşı haqsız, ədalətsiz hücumlar kontekstində bu qəbildən açıqlamalar verilir. Azərbaycan prezidenti başda olmaqla ictimaiyyət bu yanaşmalara sərt qarşılıq verdi, məsələlərin mahiyyətini açdı. ABŞ da sözügedən vəziyyətdən narahat olduğuna görə, açıqlamalar vermək məcburiyyətində qalıb. Millerin bəyanatı bir növ diqqəti əsas mahiyyətdən uzaqlaşdırmaq niyyəti daşıyır. Lakin həqiqəti əks etdirmir”.

27 sentyabr 2023-cü il. Ruben Vardanyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb

Natiq Miri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının COP29-la əlaqələndirilməsinə də münasibət bildirib:

“COP29 təzyiq elementlərindən yalnız biridir. Bu həssas məqamlardan istifadə edərək bəzi şəbəkələr, Fransa, Niderland, ABŞ Konqresi, Dövlət Departamenti və s. Azərbaycandan müəyyən güzəştlər qopartmağa çalışırlar. Bunlardan biri də beynəlxalq hüquq müdafiə təşkilatları adı altında Qarabağ separatçıların, kriminal elementlərin azadlığa çıxmasıdır. Vardanyan kimi kriminal yollarla maliyyə qazanan birinin Qərb ölkələrində çirkli pulların yuyulmasını təmin edən şərikləri var. Bu şəriklər həmin prosesdə ciddi iştirak edir. Erməni diasporu, Avropa İttifaqının aparıcı ölkələri, ABŞ konqresmenləri və s. timsalımda böyük bir şəbəkə yaradılıb. Onlar da məhz Azərbaycandan COP29 ərəfəsində güzəştlərin alınmasına çalışırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*