Varşavada ticarət mərkəzində yanğın – VİDEObackend

Varşavada ticarət mərkəzində yanğın - VİDEO

Polşanın paytaxtı Varşavada iri ticarət mərkəzlərindən birində yanğın baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında başlayıb.

Bildirilib ki, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər yanğın artıq demək olar ki, bütün obyekti bürüyüb.

Ölkənin Dövlət Yanğından Mühafizə İdarəsinin məlumatına görə, yanğının söndürülməsi üçün onlarla xilasedici briqadası, o cümlədən xüsusi kimyəvi-ekoloji qrup işləyir.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*