Vaşinqton xəbərdarlıq edir: Tək mənbəyə güvənmək artıq risklidirbackend

Vaşinqton xəbərdarlıq edir: Tək mənbəyə güvənmək artıq risklidir

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, xüsusilə kritik əhəmiyyətli təchizat zəncirləri sahəsində bir ölkədən və ya iqtisadiyyatdan həddindən artıq asılılıq risk yaradır.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, strateji sahələr üzrə tədarükün 90%-ə qədərinin yalnız bir mənbədən təmin edilməsi “heç kimin xeyrinə deyil”. Vaşinqton qlobal təchizat zəncirlərinin şaxələndirilməsinin tərəfdarıdır və bu mövqeyini açıq şəkildə ifadə edir.

Rubio vurğulayıb ki, bu yanaşma Çinə qarşı yönəlməyib və əsas məqsəd ümumi asılılığın azaldılmasıdır. Xüsusilə də keçmişdə iqtisadi rıçaqların təzyiq aləti kimi istifadə edildiyini nəzərə alsaq, belə bir siyasət zəruridir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*