Vatsapda bunu edə biləcəksiniz – YENİLİKbackend

Vatsapda bunu edə biləcəksiniz - YENİLİK

Vatsapda istifadəçilərə bəzi kontaktları “Sevimlilər” kateqoriyasına əlavə etməyə imkan verən yeni funksiya mümkün olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər bu kateqoriyaya kontaktları əl ilə seçərək əlavə edə biləcəklər. Bu funksiyanın çox sayda mesaj yazan və zəng edənlər üçün faydalı olacağı gözlənilir.

“Vatsap əsas danışıqları prioritetləşdirməyə kömək edir və istifadəçilərə ən çox ünsiyyət qurduqları kontaktlara tez və asan giriş imkanı verir”,  – məlumatda qeyd olunub.

“WABetaInfo” qeyd edir ki, funksiya tətbiqin veb versiyasının növbəti yeniləməsində əlçatan olacaq. 

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*