Xəbər verdiyimiz kimi, məşhur aktyor və aparıcı Ramiz Hüseynzadə bu gün 41 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, aktyorun sağlığında yazdığı status sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Belə ki, R. Hüseynzadə ötən ilin fevral ayında “Facebook” sosial şəbəkəsində aşağıdakı paylaşımı edib:
“Böyük kütlənin sevgisini duyursan. Amma bir nəfərin sevgisini hiss etmək istəyirsən. Mən öləndən sonra bu sözləri status kimi paylaşın. Adımı da qeyd edin”.