Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? – VİDEObackend

Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - VİDEO

Dünyasını dəyişmiş şəxsin adına olan kredit kartına görə yaranmış borc onun vərəsələrindən tələb oluna bilər.

KONKRET.az xəzər tv-yə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Anar Ramazanov deyib ki, kredit kartları qanunvericiliyə əsasən, kredit müqaviləsi hesab olunur.

 

Vəkil bildirib ki, bəzi hallarda ödənişdən yayınmaq üçün vəfat etmiş kredit alanın ailə üzvləri onun əmlakını rəsmi şəkildə qəbul etmirlər.Bu halda da bankın həmin şəxslərə qarşı iddia qaldırıb, yaranmış borcu geri almaq hüquqi yarana bilər.

 

Hüquqşünas deyib ki, vəfat etmiş şəxsin kerdit kartında yaranmış borcun ödənməsi bankla bağlanmış müqavilə əsasında və ya Mülki Məcəllə ilə tənzimlənir. Banka təqdim edilən ölüm haqqında şəhadətnamə isə kredit kartından istifadəyə görə yaranmış borcun silinməsinə zəmin yaratmır. Bu halda yalnız ölmüş şəxsin kredit kartı bloklana və müqavilə ləğv edilə bilər.

 

Anar Ramazanov əlavə edib ki, vəfat etmiş şəxsin yaxınları bununla bağlı banka dərhal məlumat verməlidilər. Bu yolla kredit kartına gələn faiz və cərimələrin qarşısının alınması mümkündür.

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*