Venediktovdan şəhid jurnalistlərimizlə bağlı başsağlığıbackend

Venediktovdan şəhid jurnalistlərimizlə bağlı başsağlığı

Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin şəhid olması ilə əlaqədar başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Budem nabludat” proqramının canlı efirində bildirib.

“İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə – jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm”, – Venediktov deyib.

Xatırladaq ki, iyunun 4-də “AzərTAc”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*