Venesuela Karib dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin yerləşdirilməsi ilə bağlı BMT-yə müraciət edib.
KONKRET.az bildirir ki, bu barədə ölkənin xarici işlər naziri İvan Xil Pinto “Telegram” kanalında BMT-nin Venesueladakı daimi koordinatoru Canluka Rampolla ilə görüşdən sonra məlumat verib.
“Biz BMT baş katibi Antoniu Quterreşə müraciət edərək sağlam düşüncənin bərpasını istədik və ABŞ-ın Karib hövzəsində hərbi bölmələrini, hətta nüvə silahını yerləşdirməsi ilə bağlı narahatlığımızı bölüşdük. Bu, sülhə təhdid yaradır”, – deyə nazir vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az