Venesuelada iğtişaşlarda iştirak etdiyinə görə mindən çox insan saxlanıldıbackend

Venesuelada iğtişaşlarda iştirak etdiyinə görə mindən çox insan saxlanıldı

Venesuelada iyulun 28-də baş tutmuş prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları zamanı iğtişaşlara və zorakılıq aktlarına görə 1000-dən çox insan saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Venesuelanın baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

“Hazırda 1062 məhbusumuz var” deyən baş prokuror nümayiş iştirakçılarının yandırma və digər qanun pozuntularına dair sübutları da ictimaiyyətə təqdim edib.

O həmçinin iğtişaşlar zamanı aqressiv etirazçılar tərəfindən yaralanan hüquq mühafizə orqanlarının sayının da 77-yə çatdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*