Verdyan: “Arayikin gedişi ilə Qarabağda yeni terror təşkilatı yaranacaq”backend

Verdyan: “Arayikin gedişi ilə Qarabağda yeni terror təşkilatı yaranacaq”

“Arayik Arutyunyanın getməsi sülh prosesi üçün pis xəbərdir. Arayik bütün iyrəncliyinə baxmayaraq, Paşinyanın adamı, yəni nəzəri olaraq Azərbaycanla mümkün dialoqu düşünə bilən adam olaraq qalmışdı”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni aktivist İşxan Verdyan bildirib.

O daha sonra vurğulayıb:

“Onun yerinə gələn istənilən şəxs gözlənilməz nəticələrə səbəb ola biləcək rusiyayönlü revanşist qüvvələri təmsil edəcək”.

Onun sözlərinə görə, separatçıların qondarma konstitusiyasına əsasən prezidentin istefası “parlament”in buraxılmasına gətirib çıxarmalıdır. Əgər “parlament” buraxılmasa, bu o demək olacaq ki, Qarabağda yəni sırf terror təşkilatı yaranacaq”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*