Vergi ödəyicilərinin sayı ARTDIbackend

Vergi ödəyicilərinin sayı ARTDI

Bu il dekabrın 1-nə Azərbaycanda 1 399 990 vergi ödəyicisi olub.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 5,9 % çoxdur.

Sahibkarların 87,4 %-i fiziki şəxslər, 12,6 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 5,5 % (ümumi artımın 80,7 %-i) və 9,4 % (ümumi artımın 19,3 %-i) çoxdur.

Hesabat dövründə kommersiya qurumlarının sayı 10,3 % artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*